Rusiyadan bitkoin ilə bağlı açıqlama edildi | Banco.az

Rusiyadan bitkoin ilə bağlı açıqlama edildi

Tamara Mustafayeva, Banco.az

Kreml sözçüsü Dmitri Peskov Rusiyanın bitkoini rəsmi ödəniş vasitəsi kimi tanımağa hazır olmadığını bildirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat sözçüsü Dmirti Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Mərkəzi Amerika ölkəsi olan Salvadorun bitkoini rəsmi pul vahidi kimi qəbul etməyə başlamasını dəyərləndirib.

Rusiyanın belə bir addım atmağa hələ ki, hazır olmadığını vurğulayan Peskov, "Belə valyuta növlərini digər maliyyə vəsaitləri ilə eyni səviyyədə qəbul etmək iqtisadi sistemə yalnızca zərər verər", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et