Rusiyada neft sektoruna aid vergilər artırıla bilər | Banco.az

Rusiyada neft sektoruna aid vergilər artırıla bilər

Rusiya Federasiyasının Maliyyə Nazirliyi faydalı qazıntıların hasilatından tutulan verginin dərəcəsini qaldırmaq niyyətindədir. Qəzetin şərhinə görə, burada məqsəd Priobski yatağının işlənilməsi üçün “Rosneft” və “Qazpromneft” şirkətlərinə müəyyənləşdirilmiş vergi güzəştlərini kompensasiya etməkdir. Lakin güzəştin əvəzi kimi tətbiq ediləcəyi gözlənilən vergi artımının nə qədər olacağı barədə konkret məlumat verilməyib.
Bundan əlavə, nazirlik neft yatağından çıxan səmt qazı üçün də vergi tarifi müəyyənləşdirməyi planlaşdırır. Bunlarla yanaşı, neft katirovkalarının azalacağı hallar üzrə vergi çıxılmasının həcminin azaldılması da gündəliyə gətirilib.

Ən sərfəli kredit üçün müraciət et

Kommersant

Ən sərfəli krediti almaq üçün müraciət et