Rusiyada minimum əmək haqqının artırılma həddi açıqlanıb | Banco.az

Rusiyada minimum əmək haqqının artırılma həddi açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Federasiyasının növbəti üç il üçün büdcə layihəsində yaşayış minimumunun, minimum əmək haqqının və dövlət sektoru işçilərinin maaşlarının artırılması nəzərdə tutulur.

Banco.az xəbər verir ki, bu barədə maliyyə naziri Anton Siluanov “Vahid Rusiya” partiyasının proqram komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, müavinətlər və ödənişlər yaşayış minimumuna paralel olaraq artırılacaq. Yaşayış minimumu isə 14,275 min rubl təşkil edəcək. O, həmçinin minimum əmək haqqının 16,242 min rubla qədər artırılacağını vurğulayıb. Bu, isə 3,5 milyon işçinin əmək haqqının artırılacağı deməkdir. 

2023-cü ildə büdcə kəsiri ÜDM-in 2%-i, 2024-cü ildə ÜDM-in 1,4%-i, 2025-ci ildə ÜDM-in 0,7%-i səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, Rusiyada iyunun 1-də pensiyalar, minimum əmək haqqı, yaşayış minimumu və sosial müavinətlər artıb. İşləməyən vətəndaşlar üçün pensiyalar 10% və ya pensiyaların əvvəlki indeksləşdirilməsini nəzərə alaraq orta hesabla 1760 rubla çatıb. Həmçinin, yaşayış dəyəri 10% artaraq 14.000 rublda qərarlaşıb. Minimum əmək haqqı 10% artırılaraq ayda 15 min rubla çatdırılıb. Bu, dörd milyona yaxın rusiyalının maaşının artmasına gətirib çıxaracaq. Minimum əmək haqqı xəstəlik məzuniyyətinə və analıq məzuniyyətinə də təsir edir. Onların minimum məbləği isə bu göstəricidən asılı olaraq dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et