Rusiyada kriptovalyutanın inkişafına mane olan səbəblər var – AÇIQLAMA | Banco.az

Rusiyada kriptovalyutanın inkişafına mane olan səbəblər var – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin avqust ayında Rusiya Prezidenti Vladimir Putin kriptovalyuta mayninqini qanuniləşdirən qanun imzaladı.

 Bu qanun 1 noyabr 2024-cü ildən etibarən qüvvəyə minib və həm hüquqi, həm də fiziki şəxslərə müəyyən şərtlər daxilində mayninq fəaliyyəti ilə məşğul olmağa icazə verir.

Banco.az xəbər verir ki, bu barədə danışan  BitRiverin maliyyə analitiki Aleksandr Krılov deyib ki, qanun, həm xarici, həm də yerli investorlar üçün etibarlı və sabit mühit yaradır:

“2024-cü ilin avqustunda qəbul edilən qanun Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Artıq rəqəmsal valyutanın mayninqi və dövriyyəsi daha şəffaf, qanuni və tənzimlənən şəkildə həyata keçiriləcək. Artıq tənzimləmə mexanizmləri daha da gücləndirilib, mənfi reputasiyaya malik şirkətlərin bazara daxil olması məhdudlaşdırılıb. Eyni zamanda, hökumət müəyyən regionlarda mayninqi qadağan etmək və ya enerji şərtlərini dəyişmək hüququ əldə edib ki, bu da sektorun sağlamlığını qorumaq üçün vacibdir. Enerji resurslarının idarəsində şəffaflıq təmin edilib, enerji monopoliyasına son qoyulub. Biz bu qanunun kriptovalyuta bazarının inkişafına böyük təkan verəcəyinə inanırıq”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiya qlobal mayninq bazarında artıq ikinci ən böyük iştirakçı mövqeyindədir. Analizatorların fikrincə  qanun bu mövqeni daha da gücləndirəcək.

2024-cü ilin noyabr ayında Rusiya hökuməti bəzi regionlarda elektrik enerjisi çatışmazlığı səbəbindən mayninq fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyi planlaşdıracağını qeyd etmişdu. Hətta Energetika Nazirliyi bu barədə təklif irəli sürmüşdü. 

Ümumiyyətlə, Rusiyada kriptovalyuta mayninqi qanuniləşdirilsə də, enerji resurslarının səmərəli istifadəsi və bəzi regionlardakı enerji çatışmazlığı səbəbindən müəyyən məhdudiyyətlər tətbiq olunur