Rusiyada işləyən pensiyaçılar cərimələnə bilər | Banco.az

Rusiyada işləyən pensiyaçılar cərimələnə bilər

Rusiyada işləyən özüməşğul pensiyaçıların xoşagəlməz sürprizlə qarşılaşması gözlənilir. Yeni qaydalara əsasən, müvafiq sənədlər əsasında işləyən vətəndaşlar rəsmi şəkildə işçi hesab edilməyəcəklər ki, bununla onlara qocalıq üzrə standart ödəniş təyin olunacaq. Bundan yayınmaq üçün çoxlu sayda pensiyaçılar özüməşğul işçi statusu alıblar. Bu onlara işəgötürənlərin vəsaitinə qənaət etməyə və daha çox pensiya almağa imkan verir. Lakin Federal Vergi Xidməti bunun qarşısını almağı planlaşdırır. Əgər işçi müəssisədən müntəzəm qaydada gəlir əldə edirsə, deməli, həmin müəssisədə çalışır. Bu cür işçilərin özüməşğul kimi rəsmiləşdirilməsinə görə həm işəgötürən tərəf, həm də işçi dövlət büdcəsindən vergi yayındırdıqlarına görə cəzalandırılacaqlar. Müəssisədə əmək münasibətini özüməşğul işçi kimi rəsmiləşdirənlər 2020-ci ildən cərimə ödəməli olacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et