Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyada müsəlman əhalisinin artması və iştirakçı maliyyələşdirməyə olan marağı nəzərə alaraq İslam bankının yaradılması istiqamətində səylər göstərilir.
Banco.az xəbər verir ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov Rusiyada İslam bankının yaradılması üzərində intensiv iş aparıldığını açıqlayıb.
Qeyd olunub ki, Rusiyada müsəlman əhalisinin sayı 2033-cü ilə qədər ümumi əhalinin 30 faizinə çatacaq və bu kontekstdə İslam bankçılığı da getdikcə artan marağa səbəb olur.
Qeyd edilib ki, Rusiyanın bəzi bölgələrində, məsələn, Tatarıstan, Çeçenistan və Dağıstanda iştirak bankçılığı üçün eksperimental müraciətlərə 1 sentyabr 2023-cü il tarixindən etibarən başlanılıb.
