Müəllif - Aida İsaq, Banco.az
Rusiyalıların inflyasiya gözləntiləri oktyabrda artmağa davam edib. Göstəricilər sentyabrda 12,5%-dən 12,8%-ə yüksəlib. Banco.az xəbər verir ki, bu barədə məlumatlar Rusiya Bankının hesabatında təqdim olunur.
Oktyabrda respondentlərin təxminən 38%-i ət və quş ətinin bahalaşdığını, 29%-i süd məhsullarının bahalaşdığını, 2%-i çay, kofe və dərmanların qiymətində artım olduğunu qeyd edib.
Həmçinin sorğuya əsasən iştirakçıların 33%-i səyahətə, 28%-i paltar və ayaqqabıya, 25%- isə təmirə qənaət etməyə məcbur olub.
Ancaq sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin ilin sonuna kimi qiymətlərdə azalmanın olacağını bildirib. Nəticədə inflyasiyanın 12%-ə düşəcəyi gözlənilir. Yay aylarının dinamikası ekspertləri bu nəticəni gözləməyə ümidləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!