Rusiyada iki bankın lizensiyası geri çağırılıb | Banco.az

Rusiyada iki bankın lizensiyası geri çağırılıb

Rusiya Bankı (Mərkəzi Bank) “Uraltransbank” və “Soyuznıy” bankın lisenziyalarını geri çağırıb.

Bu barədə tənzimləyici qurumun yaydığı məlumatda bildirilir.

“Soyuznıy” bankda Rusiya Bankının normativlərinin, terrorizm və cinayət yolu ilə əldə olunmuş çirkli pullların yuyulması ilə bağlı qanunvericiliyin tələblərinin pozması faktları aşkar edilib. Bu il oktyabrın 1-nə bu bank aktivlərin həcminə görə sistemdə 239-cu yeri tutub. 

Ən sərfəli kredit üçün müraciət et

“Uraltransbank”ın da bağlanmasına səbəb Mərkəzi Bankın normativlərinə cavab verməməsi səbəb olub. Bu il oktyabrın 1-nə bu bank aktivlərin həcminə görə 196-cı yeri tutub. 

Qeyd edək ki, hər iki bank əmanətlərin sığortalanması sisteminin üzvüdür və lisenziyanın geri çağırılması sığorta hadisəsi sayılır. 

Report.az