Rusiyada ABŞ dollarının məzənnəsi sentyabrın 28-dən sonra ilk dəfə olaraq 64 rubl həddini keçib. Buna səbəb dolların beynəlxalq valyuta bazarlarında avro ilə müqayisədə bu gün səhər saatlarında 0,7% möhkəmlənməsi, neft qiymətlərinin kəskin ucuzlaşaraq 45 dollara qədər enməsi və Türkiyədə milli valyuta - lirənin kəskin ucuzlaşmasıdır.
Xatırladaq ki, rubl tarixi minimal səviyyəsinə bu ilin yanvarın 21-də enib. O zaman, dolların məzənnəsi 86 RUB/USD səviyyəsinə yüksəlib və daha sonra Rusiya iqtisadiyyatının sabitləşməsi fonunda enməyə başlayıb. Bu ilin minimal səviyyəsinə isə Rusiyada dollar oktyabrın 10-da çatıb və 61,85 RUB/USD təşkil edib. Hazırda dolların məzənnəsi cari ilin minimal həddindən 3,4% yuxarıdır.
"Report"un analtik qrupu dolların məzənnəsinin Rusiyada getdikcə yüksləcəyini və 70 RUB/USD-yə çatacağını proqnozlaşdırır: "Bu ilin sonuna qədər Rusiyanın böyük miqdarda xarici borc öhdəlikləri mövcuddur. Bundan başqa, Türkiyə başda olmaqla inkişaf etməkdə olan ölkələrin milli valyutalarının ucuzlaşması rubla təzyiqini artıracaq. Ən əsas amil isə neftin qiymətinin yenidən düşməyə başlaması ilə bağlıdır.
Mənbə: Report.az