Rusiyada daşınmaz əmlak sektoruna yatırılan investisiyaların həcmi 40% artıb | Banco.az

Rusiyada daşınmaz əmlak sektoruna yatırılan investisiyaların həcmi 40% artıb

2013-cü ildə Mərkəzi və Şərqi Avropada kommersiya tipli daşınmaz əmlaka qoyulan investisiyaların həcmi 10 milyard avroya qədər yüksəlib. “CBRE” konsaltinq şirkətinin hesablamalarına görə hal-hazırki göstərici 2012-ci ildə qeydə alınan göstəriciləri 31% üstələyir.

  • Daşınmaz əmlaka qoyulan investisiyaların ən yüksək artım göstəricisi Rusiya və Polşada qeydə alınıb. Belə ki, burada ümumi investisiyaların 80%-i daşınmaz əmlak investisiyalarının payına düşüb.
  • Keçən il ilə müqayisədə sözügedən sahə üzrə Rusiyada 40% artım müşahidə olunub. 2013-cü ildə Rusiyada kommersiya tipli daşınmaz əmlaka yatırılan investisiyaların ümumi həcmi 5.2 milyard avro təşkil edirdi.
  • Polşada da investisiyaların həcmi gözləntiləri üstələyərək 2.97 milyard avroya çatıb. Bu isə göstəricilərdə 10%-dək artımın müşahidə edildiyini göstərir.
  • Çexiyada isə investisiya həcmində qeydə alınan artım 68% - 1.2 milyard avro təşkil etmişdir.

“CBRE” konsaltinq şirkətinin ekspertləri onu da vurğulamışlar ki, Mərkəzi və Şərqi Avropa regionunda kommersiya tipli daşınmaz əmlaka yatırılan investisiyaların həcminin artması tendensiyası müşahidə olunmuşdur və bu artım göstəricisi son illər passiv olan ölkələrdə qeydə alınmışdır. Şirkət tərəfindən verilən məlumatlara əsasən, keçən il ərzində Rumıniya və Macarıstanda investisiyaların həcmi uyğun olaraq, 229 milyon avro və 225 milyon avro dəyərində artmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et