Rusiyada biznesin kreditlərdən asılılığı rekord həddə çatıb | Banco.az

Rusiyada biznesin kreditlərdən asılılığı rekord həddə çatıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya biznesinin kreditlərdən asılılıq dərəcəsi açıqlanıb. Belə ki, bu barədə "FinExpertiza" audit və konsaltinq şəbəkəsinin analitikləri araşdırma aparıb.

Banco.az xəbər verir ki, məlumata görə Rusiyanın iri və orta müəssisələrinin aktivlərinin strukturunda borc vəsaitlərinin payı 2022-ci ilin birinci yarısının sonunda 46,9 faizə enib (öz vəsaitlərinin payı müvafiq olaraq 53,1 faizə qədər artıb). 

Mütəxəssislərin sözlərinə görə, rekord aşağı faiz dərəcələri fonunda Rusiyada biznesin kreditdən asılılığı ən azı doqquz il ərzində rekord səviyyədə aşağı həddə düşüb.

"FinExpertiza"nın rəhbəri Yelena Trubnikova bu barədə fikirlərini bölüşüb.

“Bu, Mərkəzi Bankın fevralın sonunda əsas faiz dərəcəsini rekord həddə qaldırmasından sonra kreditlərin qiymətinin kəskin artması ilə əlaqədar baş verib. 2022-ci ilin ikinci yarısında, əsas faiz dərəcələrinin aşağı salınması dövrü başlayandan sonra korporativ kreditləşmə artmağa başladı”.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa Xantı-Mansiysk Muxtar Dairəsi, Saxalin, Həştərxan və Voloqda, İrkutsk, Omsk və Orenburq vilayətlərində, eləcə də Komi Respublikasında, Krım və Çukotka Muxtar Dairəsində müəssisələr borc vəsaitlərindən asılıdır. Digər tərəfdən, İnquşetiya, Çuvaşiya, Dağıstan, Şimali Osetiya və Kabardin-Balkardakı bizneslər xarici mənbələrən maliyyələşir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram