Rusiyada beynəlxalq ödənişlər üçün kriptovalyuta dövrü başlayır | Banco.az

Rusiyada beynəlxalq ödənişlər üçün kriptovalyuta dövrü başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada beynəlxalq ödənişlər üçün kriptovalyuta dövrü başlayır.

Banco.az xəbər verir ki, Rusiyanın sanksiyalara görə üzləşdiyi ödəmə problemləri davam edərkən, ölkə sentyabrın 1-dən etibarən beynəlxalq ödənişlərdə kriptovalyutalardan eksperimental şəkildə istifadə etməyə başlayacaq.

ABŞ Rusiyaya qarşı sanksiyalarını sərtləşdirməyə davam edərkən Rusiya şirkətlərinin beynəlxalq ticarətdə ödənişlərin qəbulu və göndərilməsi ilə bağlı problemləri hökumət üçün başağrısı yaratmağ davam edir. Problemi həll etmək üçün alternativ yollar axtaran Rusiya hakimiyyət orqanları bir vaxtlar ölkədə kəskin mövqe göstərdikləri kriptovalyutalara indi çox daha mötədil yanaşırlar.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2022-ci ildə müharibədən bir az əvvəl hazırladığı hesabatla ölkədə kriptovalyutaları tamamilə qadağa tələb etmiş, ancaq kriptovalyutalar Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldıqdan sonra getdikcə daha çox yayılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də imzaladığı fərmanla beynəlxalq ödənişlərdə və Forex əməliyyatlarında kriptovalyutaların eksperimental istifadəsi qanuniləşib. Müvafiq olaraq, sentyabrın 1-dən başlayacaq prosesə Rusiya Mərkəzi Bankı nəzarət edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram