Bu ilin ilk yarısında Rusiyada fəaliyyət göstərən banklar 35 391 nəfər, yaxud işçi heyətinin 6,4%-ni ixtisar edib. Bu, ötən ilin ikinci yarımili ilə müqayisədə 8 dəfə çoxdur. İxtisarların 53,6%-i "Home Credit" və "Russkiy Standart" tərəfindən həyata keçirilib. Ümumilikdə isə ixtisarlar 30 bankı əhatə edib.
Banco.az "Report"a istinadən xəbər verir ki, "Russkiy Standart" cari ilin ilk altı ayı ərzində işçi heyətinin 35,5%-ni və ya 6 039 nəfərini, "Home Credit" isə 41,4%-ni və ya 12 946 nəfərini ixtisar edib.
Universal banklardan ən çox işçi ixtisar edən isə 9,4% və ya 3 080 nəfər olmaqla, "Rosselxozbank" (Russian Agricultural Bank) olub. İşçi heyətində faiz payı üzrə ixtisara görə isə 26,1% və ya 1 763 nəfərlə "Ural Bank for Reconstruction and Development" birinci yeri tutub.