Rusiyada avtomobil satışları kəskin artım göstərib | Banco.az

Rusiyada avtomobil satışları kəskin artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada ötən ay avtomobil satışları 170 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiyada yeni avtomobillərin satışının aprel ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 170 faiz artaraq 75 min 600 ədədə çatdığı qeyd olunub.

Bu rəqəm mart ayının göstəricisi ilə müqayisədə isə 8 faiz artım deməkdir.

Açıqlamada keçən illə müqayisədə yeni avtomobil satışlarının yüksək artımının əsas səbəbi kimi aşağı baza effekti göstərilib.

Həmçinin qeyd olunub ki, yeni avtomobillərin satışı üzrə ən böyük oay “Lada” şirkətinə məxsusdur ki, ikinci yerdə də Çinin “Chery” şirkəti var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et