Rusiyada avtomobil qıtlığı müşahidə olunur | Banco.az

Rusiyada avtomobil qıtlığı müşahidə olunur

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın maşın bazarında Avropa və Yaponiya şirkətlərinə məxsus avtomobillərin çatışmazlığı müşahidə olunur.

Banco.az xəbər verir ki, bu barədə avtomobil salonlarının nümayəndələri xəbərdarlıq edib. Onların sözlərinə görə, çatdırılma tezliklə bərpa olunmazsa, avtosalonlardakı avtomobilləri maksimum dörd ay ərzində görmək mümkün olacaq.

"Avilon Automobile Group"un yeni avtomobillərin satışı üzrə baş direktor müavini Aleksey Starikov anbarlarda maksimum dörd aya qədər ehtiyatların qaldığını təsdiqləyib. O, xüsusilə sedan qıtlığının hiss olunduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram