Rusiya və Türkiyə iqtisadi əlaqələri daha çox inkişaf etdirməyi hədəfləyir | Banco.az

Rusiya və Türkiyə iqtisadi əlaqələri daha çox inkişaf etdirməyi hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Rusiya və Türkiyə iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyir.

Banco.az xəbər verir ki, bu fikri Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Türkiyənin nüvə yanacağının ilk partiyasının təhvil verilməsi mərasimində səsləndirib. Mərasim zamanı Putin Ərdoğanla aprelin 27-də baş tutan telefon danışığının məzmununu açıqlayıb. Onun sözlərinə görə, o, türkiyəli həmkarı ilə dinc atom sahəsində əməkdaşlıqdan əlavə, iki ölkə arasında münasibətlərin bütün spektrinin inkişafı ilə bağlı digər aktual məsələləri də müzakirə edib. Beləliklə, bir sıra əhəmiyyətli razılaşmalar əldə olunub.

Rusiya liderinin sözlərinə görə, Türkiyədə qaz qovşağının işə düşməsi ilə iki dövlət arasında ticarət dövriyyəsi artmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram