Müəllif - Aida İsaq, Banco.az
Rusiya və Suriya arasında yaxın həftələrdə iqtisadi əməkdaşlıq haqqında saziş imzalanacaq.
Banco.az xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə layihələr nəzərdən keçirilir. Müqavilənin isə bir neçə həftə sonra imzalanacağı bildirilir. Bununla yanaşı Bəşər Əsəd son bir neçə gün ərzində Moskvada aparılan danışıqlar zamanı bir sıra layihələrin birgə komissiya tərəfindən müzakirə olunduğunu və saziş imzalandıqdan sonra bu layihələr barədə açıqlama veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, layihələrin real dəyəri bu mərhələlərdən sonra məlum olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!