Müəllif Şəbnəm Mehdizadə, Banco.az
8 aydan çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına pandemiyadan sonra ikinci ağır zərbə oldu. Hərbi əməliyyatların qısa vaxt ərzində yekunlaşacağı deyilsə də bu baş vermədi. Maraqlıdır, davam edən bu dəhşətli müharibə Rusiyanın ən böyük ticarət tərəfdaşlarından olan Azəbaycanın bank sisteminə necə təsir edib?
Mövzu ilə bağlı Banco.az-ın suallarını maliyyə eksperti Cəfər İbrahimli cavablandırıb. O bildirib ki, Azərbaycanın idxal-ixrac əməliyyatlarında Rusiya və Ukrayna əhəmiyyətli mövqeyə malikdir:
“Adətən köçürmələr Rusiyanın böyük bankları vasitəsi ilə həyata keçirilir. Lakin sanksiyaların tətbiqi Rusiya bankları ilə əməliyyatların icrasına ciddi problemlər yaratdı. Bununla yanaşı ticarət əməliyatlarında ciddi azalmaların olduğunu deyə bilmərəm. Banklar arasında köçürmə əməliyyatları hələ də davam edir. Bu mənada hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan bankları üçün ciddi çətinliklər törətməyib”.
Ekspertin fikrincə, müharibənin yaratdığı çətinliklərin alternativləri artıq tapılıb:
“Əslində müharibənin başladığı ilk günlər dünya üzrə maliyyə sektorunda müəyyən problemlər yarandı. Lakin qısa zaman sonra həmin problemlər öz həllini tapdı. Yəni bank sahəsinin bu vəziyyətə artıq adaptasiya olduğunu düşünürəm. Müharibənin yaratdığı çətinliklərin alternativləri artıq tapılıb”.
Bizi sosial şəbəkələrdən izləyin!!