Rusiya "Taxıl Dəhlizi" ilə bağlı qərar açıqlayıb | Banco.az

Rusiya "Taxıl Dəhlizi" ilə bağlı qərar açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Taxıl Dəhlizi Sazişinin uzadılmasına razılıq verib.

Banco.az xəbər verir ki, Rusiya martın 18-də başa çatacaq "Taxıl Dəhlizi Sazişi"nin 60 günlük müddətə yenidən uzadılmasına etiraz etmədiyini açıqlayıb. Sazişin müddəti noyabr ayında 120 gün uzadılmışdı.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin məlumat verib.

O bildirib ki, rəsmi Moskva Ukraynanın Qara dəniz limanlarından təhlükəsiz taxıl ixracına icazə verən sazişin yenilənməsinə etiraz etmir, ancaq bu dəfə əvvəlki yeniləmə müddətinin yarısı olmaqla, 60 gün uzadılacaq.

Qeyd edək ki, Verşinin bu bəyanatları Cenevrədə BMT rəsmiləri ilə görüşdən sonra verib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, noyabrda 120 gün uzadılan müqavilə martın 18-də yenilənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et