Rusiya prezidenti sanksiyalara qarşı gözlənilən fərmanı imzaladı | Banco.az

Rusiya prezidenti sanksiyalara qarşı gözlənilən fərmanı imzaladı

Müəllif - Aida İsaq, Banco.az

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələri tərəfindən neftin qiymətinin məhdudlaşdırılması ilə bağlı sanksiyalar paketinə cavab tədbirləri haqqında fərman imzalayıb. 

Banco.az xəbər verir ki, fərmanda qeyd olunur ki, Moskva müəyyən olunmuş qiymət limiti həddini dəstəkləyən ölkələrə neft və neft məhsullarının satışını həyata keçirməyəcək. Bununla yanaşı, həmin ölkələrə istisna hallarda yalnız xüsusi icazə əsasında  tədarüklər reallaşa bilər. Bundan başqa müvafiq fərmanın Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrə, beynəlxalq təşkilatlara qarşı Rusiyanın milli maraqlarını qorumaq məqsədilə tətbiq edildiyi qeyd olunur.

Qeyd edək ki, fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir. Fərmanın icrasına nəzarət isə Rusiyanın Energetika Nazirliyinə həvalə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et