Rusiya prezidenti : “Rusiya qazının alıcıları həmişə var" | Banco.az

Rusiya prezidenti : “Rusiya qazının alıcıları həmişə var"

Müəllif - Aida İsaq, Banco.az

Türkiyə təbii qaz bazarının formalaşdığı bir mərkəzə çevrilə bilər.

Banco.az  xəbər verir ki, bunu prezidentin sözçüsü İbrahim Kalın deyib.

"Hazırda fəaliyyət göstərən "Türk axını"nı genişləndirmək olar. Şərqi və qərbi, şimaldan cənubu əhatə edəcək yeni enerji xəritəsi formalaşdırmaq mümkündür. Yaxın 10-15 ildə Türkiyə qaz tranziti ölkəsinə çevrilməklə yanaşı həm də qaz bazarının mərkəzi ola bilər”.

Noyabrın 1-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Türkiyənin beynəlxalq qaz qovşağının yaradılması üzrə texniki işlər apardığını açıqlayıb.

“Avropalı tərəfdaşlarla birbaşa işləmək çətindir, ona görə də Rusiya Türkiyədə qiymətləri müəyyən edə bilən qaz qovşağı yaradacaq”.

Bu fikirləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdən sonra bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Prezident Türkiyə mərkəzi yarananda alıcıların olub-olmayacağı ilə bağlı sualı isə belə cavablandırıb.

“Rusiya qazının həmişə alıcıları var, istehlakçıları çoxdur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et