Rusiya neftinin dəniz yolu ilə daşınması yenidən sürətlənib | Banco.az

Rusiya neftinin dəniz yolu ilə daşınması yenidən sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əlverişsiz hava şəraiti və təmir-bərpa işləri ilə əlaqədar bir müddət kəsilən Rusiya neftinin dəniz yolu ilə daşınması yenidən sürətlənib.

Banco.az xəbər verir ki, Rusiyanın dəniz yolu ilə xam neft tədarükü iki həftəlik fasilələrdən sonra ölkənin əsas ixrac terminalları vasitəsilə rekord axınla yenidən sürətlə artıb.

11 tanker ölkənin ESPO xam neftinin Sakit okeandakı Kozmino limanında yüklənməni başa çatdırıb. Baltikyanı Ust-Luqa limanından daşınmalar da ötən ayın sonunda təmir işləri ilə əlaqədar dayandırıldıqdan sonra 4 fevral həftəsində artım göstərib.

Bununla da, orta həftəlik tədarüklər gündə təxminən 880 min barel artaraq bu ilin ən yüksək səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram