Rusiya neftin qiymətinin məhdudlaşdırılmasına dair təkliflər planı təqdim edib | Banco.az

Rusiya neftin qiymətinin məhdudlaşdırılmasına dair təkliflər planı təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

Xəbər verdiyimiz kimi, Rusiya Böyük Yeddilik və Avropa İttifaqı ölkələrinin Rusiya nefti ilə bağlı müəyyənləşdirdikləri qiymət limiti ilə razılaşmayıb. Beləliklə, Moskva buna cavab olaraq təkliflər planını hazırlayıb. 

Banco.az xəbər verir ki, müvafiq təkliflər planında üç variantın olduğu məlum olub. Belə ki, ilkin variantda müvafiq qiymət səviyyəsində məhdudlaşdırılmanı dəstəkləyən ölkələrə neft satışının qadağan olunması qeyd olunub. Eyni zamanda bu, məhsulu Rusiyadan birbaşa deyil, vasitəçi ölkələr və ya onların zəncirləri vasitəsilə alınması prosesini də özündə ehtiva edir. Məsələn, hər hansısa neytral ölkənin adi qaydada neft alaraq lakin sonradan həmin neftin G7-yə üzv olan dövlətə çatmasında iştirakçı olacağı təqdirdə tədarüklər avtomatik formada bloklanacaq.

İkinci variant alıcı ölkədən asılı olmayaraq, müvafiq limit çərçivəsində ixracın qadağan edilməsini nəzərdə tutur.

Üçüncü variant olaraq, Urals nefti üçün maksimum endirimin müəyyən edilməsi təklif olunur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müvafiq variantların uyğun olmayacağı təqdirdə, digər alternativ həll yollarının mümkün olduğu da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et