Rusiya neft hasilatını azaldacaq | Banco.az

Rusiya neft hasilatını azaldacaq

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya neft hasilatını azaldacaq.

Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya hasilatın azaldılmasını digər OPEC+ üzv ölkələri ilə bərabər şəkildə yaymaq üçün ikinci rübdə əsas diqqəti ixracı deyil, neft hasilatını azaltmağa qərar verib.

Rusiya aprel ayında hasilatı daha 350 min barel, ixracını isə 121 min barel azaldacaq. May ayında əlavə hasilatın azaldılması 400 min barel, ixracın azaldılması isə 71 min barel olacaq. İyun ayında bütün əlavə ixtisarlar neft hasilatından ediləcək.

Qeyd edək ki, Rusiya birinci rübdə xam neft və yanacaq ixracını ümumilikdə 500 min barel azaldıb. Rusiya hazırda təxminən 9,5 milyon barel xam neft hasil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et