2018-ci ilin dekabr ayında Rusiya gündəlik 10,738 milyon barel göstərici ilə neft hasilatı baxımından dünyada ikinci olub.
Bunu Neft Statistikası üzrə Birgə Təşəbbüs Təşkilatının (JODI) məlumatlarından görmək olar.
Bununla Moskva Ər-Riyadı keçərək dünya liderliyində yalnız Vaşinqtondan geri qalıb.
ABŞ ötən ilin dekabr ayında gündəlik orta hesabla 11,658 milyon barel (0,3% azalma), Səudiyyə Ərəbistanı isə 10,643 milyon barel (4,06%azalma) neft istehsal edib. Rusiyanın neft hasilatı isə ötən ilin noyabr ayı ilə müqayisədə 0,08% artıb.
report.az