Rusiya Mərkəzi Bankının İsveçrədəki aktivlərinin həcmi açıqlanıb | Banco.az

Rusiya Mərkəzi Bankının İsveçrədəki aktivlərinin həcmi açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın İsveçrədəki aktivlərinə dair məlumat açıqlanıb.

Banco.az xəbər verir ki, İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin yeni hesabat öhdəlikləri çərçivəsində Rusiya Mərkəzi Bankının ölkədəki aktivləri ilə bağlı rəsmi məlumatları dərc edib.

Bu məlumatlar göstərir ki, İsveçrədə Rusiya Mərkəzi Bankının 7,4 milyard İsveçrə frankı (8,3 milyard dollar) dəyərində aktivləri saxlanılır.

Qeyd olunub ki, sözügedən aktivlərin idarə olunması ilə bağlı əməliyyatlar Rusiya-Ukrayna müharibəsindən sonra qadağan edilib və İsveçrə hökumətinə Rusiya Mərkəzi Bankının aktivləri və ehtiyatlarının məbləği barədə dünən rəsmi məlumat çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İsveçrə Rusiya-Ukrayna müharibəsinin başlamasından bir il sonra, yəni 2023-cü ilin fevral ayında Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiyalar paketinə qoşularaq “tarixi neytrallığına” son qoymuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et