Rusiya Mərkəzi Bankından qlobal böhran xəbərdarlığı | Banco.az

Rusiya Mərkəzi Bankından qlobal böhran xəbərdarlığı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı 2022 və 2023-cü illərdə inkişaf etmiş ölkələrin faiz dərəcələrində tarixdə ən sürətli artımlardan birinin olacağına diqqət çəkib.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının dərc etdiyi hesabatda Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr yer alıb.

Hesabatda bu ilin ikinci yarısında ölkə iqtisadiyyatında həddindən artıq istiləşmənin azalacağı proqnozlaşdırılıb. 

"Bu proses həyata keçirilən pul siyasəti ilə asanlaşacaq. İqtisadiyyatın bu il 3,5-4 faiz artacağı gözlənildiyi halda, 2027-ci ildən 1,5-2,5 faiz artaraq daha balanslı bir prosesə girəcək".

Hesabatda inkişaf etmiş ölkələrdə təxminən 15 il davam edən “sıfıra yaxın faiz dərəcəsi”nin başa çatdığı xatırladılıb. 

Ən sərfəli kredit üçün müraciət et

“İnkişaf etmiş ölkələrin 2022-2023-cü illərdə uçot dərəcələrinin artması tarixdə ən sürətli artımlardan biridir. Yüksək faiz dərəcələri və inkişaf etmiş ölkələrin bazarlarında yığılmış disbalans 2007-2008-ci illər böhranı ilə müqayisə olunan miqyasda qlobal maliyyə böhranına səbəb ola bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et