Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankı ölkədə məşğulluq boşluğu və inflyasiya ilə bağlı narahatlıq olduğunu bəyan edib.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanan “Pul siyasətinin vəziyyəti” adlı hesabatda ölkə iqtisadiyyatına dair qiymətləndirmələr əksini tapıb.
Hesabatda Rusiya iqtisadiyyatı üçün xarici şərtlərin 2022-ci ildə əhəmiyyətli dərəcədə dəyişdiyi vurğulanıb.
“Rusiyanın real və maliyyə sektoruna misli görünməmiş sanksiyalar tətbiq edildi. Bu, transformasiya prosesini başlatdı. Rusiya iqtisadiyyatında struktur transformasiyası prosesi yaxın illərdə ölkə iqtisadiyyatı üçün əsas problem olacaq.” - hesabatda qeyd olunub.
Hesabatda həmçinin işçi qüvvəsi çatışmazlığı səbəbindən “məhsuldarlıq sarsıntıları”nın yaşana biləcəyinə də diqqət çəkilib.
Bizi sosial şəbəkələrdən izləyin!!