Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı gözləntilərə uyğun olaraq uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı inflyasiyanın bu ay düşməyə başlaması ilə ardıcıl dördüncü iclasında da faiz dərəcələrini dəyişməyərək 7,50 faiz səviyyəsində saxlayıb.

Bank həmçinin daha yüksək borclanma xərclərinin tezliklə işə düşə biləcəyi ilə bağlı əvvəlki açıqlamalarını davam etdirib.

Qərarın mətnində həmçinin qeyd olunub ki, bank inflyasiya ilə bağlı risklərin artacağı təqdirdə faiz dərəcəsinin artırılmasını növbəti iclaslarda qiymətləndirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram