Rusiya Mərkəzi Bankı faiz dərəcələrinin yüksək olaraq qalacağını bəyan edib | Banco.az

Rusiya Mərkəzi Bankı faiz dərəcələrinin yüksək olaraq qalacağını bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Mərkəzi Bankı: Faiz dərəcələri yüksək olaraq qalacaq.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Rusiya parlamentinin aşağı palatası Dumada Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

Rusiya Mərkəzi Bankının vətəndaşların və müəssisələrin itkilərini azaltmaq üçün uçot dərəcəsini artırmalı olduğunu vurğulayan Nabiullina belə bəyan edib:

“Başa düşürük ki, bir çox insanlar faiz dərəcələrinin artırılmasından narahatdırlar. Amma bunu etməsəydik, vaxtında reaksiya verməsəydik, vətəndaşların, biznesin, dövlətin itkisi bundan qat-qat çox olardı.”

Elvira Nabiullina gələn il 4 faizlik inflyasiya hədəfinə çatacaqlarını da vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

“Bundan sonra biz faiz dərəcəsini aşağı salmağa başlayacağıq. Ancaq inflyasiya çarxının yavaşlaması və iqtisadiyyatın 12 ayda yaradılan rekord kredit həcmini həzm etməsi üçün faiz bir müddət yüksək qalacaq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et