Müəllif - Aida İsaq, Banco.az
Rusiya iqtisadiyyatı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara və ticarət məhdudiyyətlərinə proqnozlardan daha dayanıqlı reaksiya göstərib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) analitiklərinin məlumatına əsasən, cari ilin yekunlarına əsasən, ölkədə ümumi daxili məhsulun (ÜDM) 0,7% artacağı gözlənilir. Qeyd olunur ki, ötən ilin ikinci rübündə kəskin enişdən sonra iqtisadiyyat üçüncü və dördüncü rüblərdə güclü şəkildə bərpa olunaraq 2022-ci il üçün hasilatın azalmasını 2,1%-ə endirdi.
Bununla yanaşı, sanksiyaların mənfi nəticələri cari ilin əvvəlində Rusiya iqtisadiyyatına təsir göstərə bilər. Buna isə Rusiyanın əsas ixrac məhsulları olan neft və qazın qiymətlərinin ucuzlaşması fonunda ölkənin federal büdcəsinə vergi daxilolmalarının kəskin azalması əsas səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!