Müəllif -Aida İsaq, Banco.az
Rusiya ilk dəfə payızda Türkiyəyə taxıl tədarükünü rublla həyata keçirib.
Banco.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirib. Onun sözlərinə görə, təcrübə xarakterli tədarük uğurlu alınıb. V.Abramçenko həmçinin Rusiya Mərkəzi Bankının dost ölkələrlə əməliyyatların milli valyutalarla aparılması məsələsi üzərində aktiv formada işlədiyini xatırladıb.
V.Abramçenko hazırda Rusiyanın dünyanın 150 ölkəsinə, əsasən də dost dövlətlərə ərzaq ixrac etdiyini qeyd edib. 2022-ci ildə Rusiya Federasiyasından bu ölkələrə 21 milyon ton ərzaq və 14,5 milyon ton gübrə ixrac edilib. Son olaraq o qeyd edib ki, ölkəsi sanksiyalara o cümlədən logistika ilə bağlı yaranan çətinliklərə qarşı qətiyyətlə mübarizə aparmağa davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!