Rusiya ilə ticarət dövriyyəmiz artıb | Banco.az

Rusiya ilə ticarət dövriyyəmiz artıb

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ildə Rusiya taxıl, bitki yağları, balıq və dəniz məhsulları daxil olmaqla 45 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. 

Banco.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarında bildirilib. 

Məlumata görə, 2023-cü il dekabrın 4-nə Rusiya Federasiyasından taxıl ixracı 62,5 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin eyni tarixinə olan göstəricidən 1,5 dəfə çoxdur. Rusiya buğdasının ilk 10 idxalçısı arasında olan ölkələr sırasında Azərbaycan da var. Eyni zamanda Rusiya Misir, Türkiyə , Əlcəzair , Banqladeş , Səudiyyə Ərəbistanı , İsrail , Liviya , Braziliya , İran , və Yəmənə də buğda idxal edir.  Rusiya gübrələri əsasən Braziliya, Çin, Hindistan və Meksika tərəfindən alınır .

Bundan əlavə, Rusiya gübrələri Baltikyanı ölkələrə, Finlandiyaya , Polşaya və digər  ölkələrə ixrac edir ki, bu da tədarükün 20%-dən çoxunu təşkil edir.
Qeyd edək ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 37,6 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,27 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib.
Yola saldığımız il ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 17,5 faiz və ya 648,5 milyon ABŞ dolları artaraq 4,35 milyard dolları üstələyib.Ötən il Azərbaycandan Rusiyaya 1,19 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 22,6 faiz və ya 220,9 milyon dollar çoxdur.
Rusiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 15,6 faiz və ya 427,5 milyon dollar artaraq 3,16 milyard dollar təşkil edib. 2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8,52 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 1,48 faiz bəndi üstələyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et