Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dost olmayan ölkələrdən Rusiyaya idxalı qadağan edilən məhsulların siyahısını genişləndirməyi təklif edib.
Dmitri Medvedevin sözlərinə görə, Rusiya Federasiyası dost olmayan ölkələrdən mal satın almayacaq.
"Biz öz məhsullarımızı və kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə tədarük etməyəcəyik. Və onlardan heç nə almayacağıq. Baxmayaraq ki, biz 2014-cü ildən almırıq, lakin idxalı qadağan olunmuş məhsulların siyahısını daha da genişləndirmək olar".
“Belə çıxır ki, səhər yeməyini özümüz yeyəcəyik. Nahar dostlarla paylaşıla bilər. Düşmənlərimizə şam yeməyi verməyəcəyik. Daha yaxşısı, özümüz yeyəcəyik və səhər idmanda daha aktiv çalışacağıq!” - Medvedev əlavə edib.
modern.az
Bizi sosial şəbəkələrdən izləyin!!