Rusiya daha üç ölkəyə uçuşları bərpa edir | Banco.az

Rusiya daha üç ölkəyə uçuşları bərpa edir

Noyabr ayında Rusiya daha üç ölkəyə birbaşa uçuşları bərpa edəcək. Bunların sırasına Seyşel adaları (Viktoriya), Efiopiya (Əddis-Əbəbə) və Qazaxıstan (Almatı) daxildir.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının açıqlamasında deyilir.

Qeyd olunur ki, Viktoriya və Almatıya həftədə 2, Efiopiyaya isə 3 uçuş həyata keçirilməsinə icazə veriləcək.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar bu yaz Rusiya sərhəddən keçidi məhdudlaşdırıb. Avqust ayından etibarən digər ölkələrlə əlaqə bərpa edilməyə başladı.

Hazırda rusiyalılar Türkiyə, Böyük Britaniya, İsveçrə, BƏƏ, Maldiv adaları, Misir, Tanzaniya, Belarus, Cənubi Koreya, Qazaxıstan və Qırğızıstan kimi ölkələri ziyarət edə bilir. Serbiya, Kuba və Yaponiya ilə hava əlaqələrinin tezliklə bərpa ediləcəyi gözlənilir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram