Rusiya bu ölkələrlə vergi müqavilələrini dayandıracaq | Banco.az

Rusiya bu ölkələrlə vergi müqavilələrini dayandıracaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiya “dost olmayan ölkələr”lə vergi sazişlərini dayandıra bilər.

Banco.az xəbər verir ki, bu təkliflə ölkənin Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi çıxış edib.

Rusiya tərəfi 2022-ci ildən etibarən Qərb ölkələri tərəfindən birtərəfli iqtisadi məhdudlaşdırıcı tədbirlərin tətbiqini beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Beləliklə, Rusiyanın cavab tədbirləri tətbiq etmək üçün əsasları var. Bununla əlaqədar, Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Rusiya prezidentinə Rusiyaya qarşı birtərəfli iqtisadi məhdudlaşdırıcı tədbirlər tətbiq etmiş bütün ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin dayandırılması barədə fərman verməyi təklif edib. Müvafiq sazişlərin Rusiyanın pozulmuş hüquqları bərpa olunana qədər dayandırılması təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram