Rusiya bu ölkədən ucuz şərab idxalını kəskin artırıb | Banco.az

Rusiya bu ölkədən ucuz şərab idxalını kəskin artırıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Özbəkistandan ucuz şərab idxalını kəskin artırıb. Banco.az xəbər verir ki, bu, qərb ölkələrindən alkoqol tədarükü ilə bağlı yaranan çətinliklər fonunda formalaşıb.  

İlin ilk doqquz ayında tədarükün artımına görə ölkə lider olub. İdxalın böyük hissəsi üçüncü rübün payına düşür .

Cənubi Osetiya artım tempinə görə ikinci yerdə qərarlaşıb. İllik artım 50 faiz (1,25 milyon litrdən çox) təşkil edib. "WineRetail" məlumat mərkəzinin rəhbəri Aleksandr Stavtsevin sözlərinə görə, Rusiyayada ucuz şərabların tədarükündə artım potensialı hələ də aktualdır. Aşağı qiymət kateqoriyası üzrə bir şüşə üçün 300 rubla qədər olan məhsullar kifayət etmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et