Rusiya böyük mədənçilik mərkəzi ola bilər | Banco.az

Rusiya böyük mədənçilik mərkəzi ola bilər

Kriptovalyutaların mədənçiliyi edilərkən yaranan ciddi enerji problemləri hələ də ciddi müzakirə mövzusudur. Kanadanın Çin və Cənubi Koreyadakı qadağalardan və artan qiymətlərdən dolayı məskunlaşmağı düşünən mədənçilərə yeni imkan təklif edəcəyi xəbərindən sonra Rusiyanın da bu mövzudakı reaksiyası dəqiqləşdirilməyə başlayıb.

Rusiyanın Şərq və Qərbdən gələcək kriptovalyuta mədənçilərinin köçünə hazırlıqlara başladığı bildirilir. Yeni xəbərlərə görə, Rusiya hökumətinin bu mövzuda özünə xeyli güvəndiyi və bu məsələdə çox ciddi olduğu diqqətə çatdırılıb. Hələlik daha dəqiq qərar verilməsə də, Rusiyadakı kriptovalyuta toplumları, rus və ya xarici Blockhain mütəxəssisləri Rusiya hökumətinin Bitcoin mədənçiliyinə şərait yaradacağı məsələsində həmfikirdirlər.

Ruslar çox iddialıdır

Ruslar Bitcoin mədənçiliyi mövzusunda özlərinə çoxx inanırlar. Populyar Bitcoin forumlarına baxdığımızda, son günlərdə bir xəbərdarlıq diqqət çəkir: “Salam, çinli mədənçilər. Sizi Rusiyaya dəvət edirik. Elektrikin kVh-ı sadəcə 0.05 dollardır”.

Ruslar mədənçilik işi üçün çox yüksək səviyyəli mərkəzlər qurmağa başladılar. Belə ki, mərkəzlərin elektrik əlaqələri hazırdır, internet kabelləri 5 min kvadratmetr binalara ciddi soyuducularda çəkildi. Təhlükəsizlik kameraları və həyəcan siqnalları quraşdırıldı. Xüsusən Çin bazarını hədəf alan ruslar, digər yerlərdə də problemləri yaxından izləyirlər.

Son günlər mətbuatda yer alan xəbərlərdə bit çox mədənçilik firmasının Rusiyada bu işi həyata keçirə bilmək üçün hökumətə müraciət etdiyi və onların əksəriyyətinin Çinli mədənçilərin olduğu qeyd edilib. Həmçinin Rusiya Kriptovalyuta və Blockhain Dərnəyi də mədənçinin qazandırılması üçün nələr edilməsi lazım olduğu mövzusunda, bu insanlarla fikir mübadiləsi aparılıb.

11 ayrı saat qurşağına bölünmüş olmaları, təbii qaynaqlar baxımından bir xeyli zəngin bir mövqedə qərarlaşmaları və ucuz enerji qiymətləri ilə mədənçilik üçün sanki biçilmiş bir ələtdir. Rusiya hökuməti də bu durumdan faydalanaraq, mədənçilik şirkətlərini Rusiyaya cəlb edib trilyonlarla dollar investisiya qoymaları üçün əlindən gələni əsirgəmir.

Rusiya böyük mədənçilik mərkəzi ola bilər

Rusiya hökuməti dünya müstəvisində mədənçilik və kriptovalyuta ilə əlaqədər baş verən prosesləri yaxından təqib edir. Mövzu ilə bağlı dünyanın hər yerindən gələn xəbərləri incələyən rusiyalı mütəxəssislər xüsusilə Çin, Belçika və ABŞ-da olan şirkətlərlə sıx əlaqədədirlər.

Bununla bağlı dəqiq bir fikrin olmaması və kriptovalyuta haqda müxtəlif fikirləri dəstəkləyən ölkələrin mövcudluğu Rusiyanın müdailəsini gücləndirir.

Mart ayında keçiriləcək G20 zirvə toplantısından əvvəl Fransa və Almaniya birgə qanun layihəsi hazırlayaraq kriptovalyutalara nəzarətin artırılmasını istəyəcək. ABŞ da İsveçdəki anonim kriptovalyuta hesabları haqqında bir tənzimləmə tələb edəcək. Çin Xalq Respublikası mədənçiliyin ölkə iqlim şərtlərinə və enerji ehtiyatlarına ciddi zərər verdiyini söyləyərək bu hadisənin təşkil edilməsini istəyəcək.

Rusiyann bu müstəvidə imkanları böyükdür, çünki ölkə bu tənzimləmələri həyata keçirəcək nüfuza və hüquqi təminata, həmçinin mədənçilik üçün əsas nemət olan enerji resurslarına malikdir.

Rusiya kriptovalyutaların tənzimlənməsi istiqamətində işləri yazda başlamağı planlaşdırarkən, səlahiyyətlilər xaricdən yardım aldı. 15 müxtəlif ölkədən Rusiyaya dəvət edilən dünyanın ən qabaqcıl Bitcoin mədənçilərindən kriptovalyutaların necə mədənçiliklə çıxarıldığı mövzusunda məlumatlar alındı, eyni zamanda, hər bir mədənçidən bunun necə tənzimlənəcəyinə dair fərqli yanaşmaları ehtiva edən məlumatlar istənilib.

Rusiya iqtisadiyyatının ən vacib şəxslərindən olan Sergey Repetyuk mövzuyla bağlı bu fikirləri səsləndirib:

“Çinin müxtəlif səbəblər gətirərək mədənçilərə qapını göstərməsi onların Rusiyada işləməyə başlamalarında heç bir problem görmürəm. Bu işi bəlli qaydalara uyğun təşkil etsək hər hansı problemimiz olmaz, çüni sözügedən iş üçün doğru ünvanıq. Enerji istifadəsinin zirvədə olduğu vaxtlarda belə gücümüzün 40% -i boş qalır. Buna görə, mədənçilik məsələsində problem yaşanmayacaq”.

Repetyukun fikirləri Rusiyanın iqtisad elmləri üzrə professoru Yrvgeni İtsakov tərəfindən müsbət qarşılanıb. O, məsələ ilə bağlı belə deyib:

Ən sərfəli kredit üçün müraciət et

“Ölkədə enerjinin qiyməti ço ucuzdur və tələbat da azdır. Bu sahədə güclü infrastrukturumuz var. Kriptovalyuta mədənçiliyi özünəməxsus bir sektordur və daha effektiv və faydalı bir üsul tapılana qədər davam edəcək. Ancaq bazardakı qaydaların səhih müəyyən edilməsi şərtdir və bunun da işlərini izləmək sevindiricidir”.

Rusiya bu həmləsi ilə oyunun qaydalarını dəyişə biləcəkmi?

Bitcoin mədənçiliyinin çoxlu miqdarda enerji istehlak etdiyi məlum reallıqdır. Bitcoin sadəcə 2017-ci il ərzində 40 TVh elektrik istehlak edib. Eyni zamanda, Ethereum köçürmələri üçün yalnız dekabr ayında istehlak olunan enerji miqdarı 10 TVh-dir. Dünyadakı mədənçilik əməliyyatlarının hazırda 80 %-i Çin şirkətləri tərəfindən həyata keçirilir. Böyük mədənçilik mərkəzlərinin olduğu yerlərdə xalqı enerji ilə təminetməkdən qoran Çin hökuməti buna görə mədənçilərlə ciddi problemlər yaşayır.

Rusiya hökumətinin enerji mövzusunda heç bir çəkinəcək tərəfi və ya problemi yoxdur. Ölkədə enerji istifadəsinin maksimuma çatdığı vaxtlarda da kömür, nüvə enerjisi və hidroelektrik stansiyalarından gələn Rusiya enerji resurslarının 40% -i boş qalır. Əgər kriptovalyuta mədənçiliyinə illik 100 100 GV-lik qaynaq axarsa, bu Rusiya iqtisadiyyatına 30 milyard dollar və ya 1.7 trilyon rubl gəlir deməkdir. Xüsusilə, ölkənin şərqində mədənçilər üçün böyük mərkəzlər açılması planlaşdırılır. Bu məsələ Putinin həmin bölgədəki nümayəndəsi Yuri Trutnyevə tapşırılıb.

Yalnız mədənçilik yox, ölkədə kriptovalyutalarla əlaqəli digər məsələlər də tez-tez müzakirə olunur. Xüsusilə, kriptovalyutaların qanuniləşdirilməsi mövzusu parlamentin gündəmini zəbt edib. Rusiya hökuməti özlərinə məxsus kriptovalyutanın yaradılmasına isə Venesuela prezidenti Nikolas Maduro qədər səy göstərmir.

Mərkəzi bank milli kriptovalyuta nöqtəsində olarkən, bununla bağlı coin əsaslı şirkətlərin ənənəvi birjalara daxil olmasına qarşıdır. Rusiya hökumətinin isə bu mövzuyla əlaqədar real fikirlərini mart ayındakı seçkilər baş tutana qədər qəti şəkildə açıqlaması gözlənilmir. Ancaq mədənçilik məsələsində fikirlərin müsbət olduğunu söyləmək lazımdır.

Bunlar da maraqlıdır:

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et