Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın Kalininqrad "Avtotor" şikəti Almaniyanın "BMW" avtomobil istehsalçısı və Cənubi Koreyanın "Hyundai" və "KİA" şirkətləri ilə əməkdaşlığı bərpa etməyə hazırlaşır. Banco.az xəbər verir ki, bunu holdinqin direktorlar şurasının rəhbəri Valeri Qorbunov deyib.
Qorbunov qeyd edib ki, potensial əməkdaşlıq qarşılıqlı faydalı şərtlər əsasında aparılmalıdır. Adı çəkilən brendlərin Rusiya bazarına qayıtmaq perspektivləri barədə hələki müzakirələr aparılmayıb.
Xatırladaq ki, şirkət Ukraynada baş verənlər hərbi əməliyyatlar fonunda keçmiş tərəfdaşlarını itirib. Mart ayında "BMW", oktyabrda isə "Hyundai" və "KİA" Rusiya bazarında fəaliyyət göstərməkdən imtina ediblər.
Ən son yayılan məlumatlara görə Çinin dövlət avtomobil konserni "BAIC" (Beijing Automotive Industry Holding Co.) Kalininqraddakı zavodda avtomobillərin yığılması ilə bağlı danışıqlar aparır.
Bizi sosial şəbəkələrdən izləyin!!