Rusiya bəzi məhsulların ixracına qoyulan müvəqqəti qadağanı uzadıb | Banco.az

Rusiya bəzi məhsulların ixracına qoyulan müvəqqəti qadağanı uzadıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya hökuməti ölkədən bir sıra mal və avadanlıqların, taxta-şalban, polad qırıntıları, volfram, metal keramika ixracına qoyulan qadağanı 2023-cü ilin sonuna qədər uzadıb.

Banco.az xəbər verir ki, siyahıya 1,6 mindən çox adda məhsul (texnoloji, tibbi avadanlıq, kənd təsərrüfatı texnikası, elektrik avadanlıqları, turbinlər, nüvə reaktorları, fiber-optik kabellər, radar cihazları, akkumulyatorlar, metal emalı maşınları) daxildir.

Yalnız Avrasiya İqtisadi İttifaqı ölkələrinə çatdırılmalara icazə verilir. 2022-ci ilin mart ayından Rusiyadan 200-ə yaxın malın ixracına qadağa qoyulub. Qadağa 2022-ci ilin sonuna qədər Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər olan Abxaziya və Cənubi Osetiya istisna olmaqla, bütün xarici ölkələrə ixrac üçün qüvvədə olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram