Rusiya benzin ixracına qoyulan qadağanın müddətini uzadıb | Banco.az

Rusiya benzin ixracına qoyulan qadağanın müddətini uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya hökumətinin yaydığı yazılı açıqlamada bildirilib ki, daxili bazarda vəziyyətin sabitləşməsi üçün benzin ixracına dair qərar qəbul olunub.

Banco.az xəbər verir ki, qərara əsasən, benzin ixracının istehsalçılar və istehsalçı olmayanlar üçün 31 oktyabra qədər uzadıldığı vurğulanıb, istehsalçılara tətbiq edilən məhdudiyyətlərin isə 1 oktyabrdan etibarən aradan qaldırılmasının planlaşdırıldığı qeyd edilib.

Rusiya hökuməti qiymətlərin rekord həddə qalxması fonunda 28 iyulda qəbul etdiyi qərarla benzin ixracını 31 avqusta qədər müvəqqəti olaraq qadağan etmişdi, lakin buna baxmayaraq qiymət artımı davam edirdi.

Ölkədə neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına hədəf olması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzin qiymətlərində dövri artımlar müşahidə olunur.

Dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya ildə 40 milyon tondan çox benzin istehsal edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram