Rusiya banklarının premium müştəriləri azalıb | Banco.az

Rusiya banklarının premium müştəriləri azalıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya bank hesablarında premium müştərilərə məxsus kapitalın həcmi ilin əvvəlindən 14 faiz azalıb. 

Banco.az xəbər verir ki, sözügedən seqment investisiyalara marağını itirir. Buna isə Rusiya bazarında müşahidə olunan durğunluqlar və aktivlərin dondurulması səbəb olub. Nəticədə bir müştəriyə düşən orta kapitalın azalması 10 dəfə sürətlənərək mənfi 20,6 faiz təşkil edib. Göstəricilər 2021-ci ildə 2,28 milyon rubl, 2022-ci ildə isə 1,81 milyon rubl səviyyəsində müəyyənləşib.

Ekspertlər 16 ən böyük bank arasında premium müştəri xidmətləri ilə bağlı nəticələri təhlil edib. İnvestisiya məhsullarından istifadə edən müştərilərin payı 22,1 faiz (2021-ci ildə 23,8 faiz), investisiyalarda kapitalın payı isə 26,8 faiz (34 faiz) təşkil edib.

Rusiya banklarının premium proqramları üzrə müştəri bazasının artımı da xeyli yavaşlayıb. 2021-ci ildə 27 faiz təşkil edən baza cari ilin payızında 9 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl üç xarici bankın oktyabrda Rusiyadakı ofislərini bağladığı qeyd olunub. Ekspertlər bunu maliyyə təşkilatlarının ölkədə perspektivli gələcək görməməsi ilə əlaqələndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et