Rusiya bankları SWIFT-in alternativinə qoşulur | Banco.az

Rusiya bankları SWIFT-in alternativinə qoşulur

Rusiya Mərkəzi Bankının Beynəlxalq Təşkilatlar ilə Əməkdaşlıq Departamentinin rəisi Vladimir Şapovalov, bəzi Rusiya banklarının Çinin beynəlxalq pul transferi təmin edən və SWIFT sisteminə alternativ olaraq inkişaf etdirdiyi CIPS sisteminə qoşulduğunu açıqlayıb.

Ödəmə sistemləri üzrə Çinlə geniş işlər görüldüyünü qeyd edən Şapovalov, "Bəzi Rusiya bankları, Çin tərəfindən inkişaf etdirilən CIPS-ə (China International Payments System) qoşulub. Beləliklə, bəzi ödəmə əməliyyatlarımız asanlaşıb",- deyib. 

Ödəmə sistemlərində yaranan asanlaşma ilə iki ölkə arasındakı ticarətin də artacağına vurğulayan Şapovalov, "Rusiyaiya Mərkəzi Bankı da SPFS-i (Maliyyə Mesajlaşma Sistemi) qurmuşdur. Çin banklarının bu sistemi daha aktiv bir şəkildə istifadə edəcəklərini və daha çox bankın bu sistemə qoşulacağını ümid edirik",- deyib. 

Ən sərfəli kredit üçün müraciət et

SPFS, bəzi Rusiya banklarının SWIFT sistemindən çıxarılmasına bağlı olaraq yaranan risklər səbəbilə 2018-in sonlarında qurulmuşdur.

SWIFT, 2014-cü ilin Oktyabr ayında verdiyi açıqlamada, Rusiyanın sistemdən çıxarılması üçün bəzi ölkələrdən təzyiq olduğunu açıqlamış, ancaq Rusiyaya dair bir qərar verilməmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et