Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə endirilməsi barədə qərar qəbul edib.
Bu barədə qurumun Direktorlar Şurasının açıqlamasında bildirilir.
Hazırda qonşu ölkədə uçot dərəcəsi 2014-cü ilin mart ayından bəri ən aşağı həddədir.
Bu il Rusiya Bankı faizlərə ümumilikdə 3 dəfə baxıb. Bundan əvvəl sentyabrda uçot dərəcəsi 7,25%-dən 7%-ə, oktyabrda isə 7%-dən 6,5%-ə endirilib.
Report.az