Rusiya Bankı ölkədə 2%-dən çox illik iqtisadi artım gözləmir | Banco.az

Rusiya Bankı ölkədə 2%-dən çox illik iqtisadi artım gözləmir

"Yaxın gələcəkdə Rusiya iqtisadiyyatının artım tempi illik 1,5-2%-dən çox olmayacaq".

Rusiya mətbuatı xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabuillina "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ənənəvi iqtisadi artım modeli artıq özünü doğrultmur: "Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dolları olsa belə, Rusiya iqtisadiyyatı çətin ki, il ərzində 1,5-2%-dən çox artsın".

Ən sərfəli kredit üçün müraciət et

E.Nabiullina əlavə edib ki, rəhbərlik etdiyi qurumun əsas fəaliyyəti bank sektoruna dəstək verməyə yönəlib və bəzən bunun üçün "populyar olmayan addımlar atmaq lazımdır". 

Mərkəzi Bankı rəhbərinin sözlərinə görə, Rusiyada maliyyə sektorunun "təmizlənməsi" prosesi demək olar ki sona çatıb.

© Report