Rusiya Azərbaycanın ən böyük qeyri-neft idxalçısı olaraq qalır | Banco.az

Rusiya Azərbaycanın ən böyük qeyri-neft idxalçısı olaraq qalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-avqust aylarında Rusiyaya 721 milyon 481 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 193 milyon 877 min dollar və ya 37,7% çoxdur.

Ötən ilin eyni dövründə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 527 milyon 604 min dollar təşkil edib. 

Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı Rusiya olub. 2022-ci ilin ilk 8 ayında da Rusiya Azərbaycanın əsas qeyri-neft idxalçısı idi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram