Rusiya Azərbaycana avtomobillə gələnlər üçün “Yaşıl kart”ı ucuzlaşıdırır | Banco.az

Rusiya Azərbaycana avtomobillə gələnlər üçün “Yaşıl kart”ı ucuzlaşıdırır

Fevralın 15-dən martın 14-nə qədər Rusiyadan avtomobillə Azərbaycan, Ukrayna, Belarus və Moldovaya gedənlərə "Yaşıl Kart" (sığorta məhsulu) ənənəvi qiymətlə müqayisədə ucuz satılacaq.

Bu barədə Rusiya mətbuatında dərc olunub.

Məlumata görə, 15 gün qüvvədə olacaq kartların qiyməti 970 rus rublu (25 manat) deyil, 840 rubl (227 manat) təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Rusiyadan avtomobillə digər ölkələrə gedənlər üçün də "Yaşıl kart"ın qiyməti endirilir. Belə ki, 1 ay ərzində 15 günlük kart üçün qiymət 2 830 rubl (73 manat) əvəzinə 2 450 rubl (63 manat) olacaq. “Yaşıl kart”ın illik qiyməti isə 25 750 rubl (664 manat) deyil, 22 240 rubl (574 manat) təşkil edəcək. 

report.az