Müəllif - Aida İsaq, Banco.az
Rusiya 2022-ci ildə Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü bir il əvvəlki ilə nəzərən 20% artırıb.
Banco.az xəbər verir ki, Rusiyanın LNG ixracının ümumi həcmi 2022-ci ildə 8,6% artaraq 33 milyon tona çatıb. Ümumilikdə Rusiya Avropa ölkələrinə 17 milyon ton yanacaq göndərib. Müvafiq ixrac Rusiyanın Avropaya boru kəməri ilə qaz tədarükünün kəskin azalmasını qismən kompensasiya edib. Ekspertlər bu azalmanı isə Avropa İttifaqının yanacaq sərfiyyatının azalması və “Şimal axını” boru kəmərinin zədələnməsinə səbəb olan partlayışlarla əlaqələndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!