Rusiya Avropadakı enerji böhranına Yeni il reklamı ilə diqqət çəkib | Banco.az

Rusiya Avropadakı enerji böhranına Yeni il reklamı ilə diqqət çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın RT xəbər kanalının Avropadakı enerji böhranı ilə bağlı yeni il reklamı böyük səs-küyə səbəb olub.

Banco.az xəbər verir ki, reklam çarxı Avropada Yeni il gecəsini qeyd etməyə çalışan bir ailənin yaşadığı problemləri satirik tərzdə ekranlaşdırıb. İlbəil iqtisadi şərait pisləşdikcə, ailə bayramı daha pis şəraitdə keçirməyə başlayır və reklamın sonunda ailənin üzvü olan ev heyvanı hamsteri yemək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında uzun sürən müharibədən sonra bir çox Avropa dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlamış, Rusiyanın bu sanksiyalara reaksiyası ilə Avropa enerji böhranı ilə qarşı-qarşıya qalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et