Rusiya aviaşirkəti Rostovdan Bakıya birbaşa uçuşlara başlayır | Banco.az

Rusiya aviaşirkəti Rostovdan Bakıya birbaşa uçuşlara başlayır

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azimut" aviaşirkətinə Rostov-Bakı marşrutu və geri istiqamətdə uçuşlar həyata keçirmək üçün icazə verib.

Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır.

Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib.

Qeyd edək ki, əvvəllər Rostovdan Bakıya "Pobeda" aviaşirkəti uçuşlar həyata keçirirdi. Yayda Rusiyanın "İrAero" aviaşirkəti də bu cür planları olduğunu açıqlamışdı.

Report.az